Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında baş verib.
Minik avtomobili sərxoş vəziyyətdə olan, şəxsiyyəti hələlik naməlum olan təxminən, 40-45 yaşlı kişini vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.