Yəmənin şimalında hakimiyyəti ələ keçirən “Ənsar Allah” hərəkatının üzvləri pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanının bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.
“RİA "Novosti” xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat “Əl-Masira” telekanalının efirində bəyan edib.
“Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik”, - deyə əl-Məşat bildirib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.