"ulusestv.az" "AtaTv.az"-a istinadən xəbər verir ki, Magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 20 dekabr 2019-cu il tarixində gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.