Almaniyanın qərbində yerləşən Eşvayler şəhərində yarmarka meydanında ucaldılmış Yeni il ağacı adamların üzərinə yıxılıb.
Ulusəs-in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, ən azı dörd nəfər xəsarət alıb.
Bildirilir ki, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 21:00) ağac meydanda quraşdırılmış uşaq karuselinin üstünə aşıb. Lakin uşaqlar arasında xəsarət alan yoxdur. Yaralananların dördü də böyüklərdir.
Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.
Ş.Məmmədəlioğlu