Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11301,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 34,0 faizi dövlət, 66,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bundan başqa, həmin dövr ərzində Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu istifadəyə verilib.
F.F.