Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin həcmi və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
Bakı şəhər 36 saylı Şəhər Poliklinikası fəaliyyətə başladığı illərdən minlərlə xəstələr şəfa tapmış, müxtəlif xəstəliklərdən qurtularaq sağlam həyata dönmüşdür. Xalqımıza xidmət etdiyi, xəstələrin sağlamlığının keşiyində dayandığı bütün bu illər ərzində də əldə olunanlarla kifayətlənməmiş, daim inkişaf etmiş, tibb sahəsində ən son yeniliklərin tətbiqinə nail olmuşdur. Xatırladaq ki, Bakı şəhər 36 saylı Şəhər Poliklinikası digər özəl tibb mərkəzlərindən tamamilə fərqlənir.
Bakı şəhər 36 saylı Şəhər Poliklinikası dövlətin qayğısına uyğun, işinə məsuliyyətlə yanaşan peşəkar həkimlər çalışır. Hər bir xəstə peşəkar həkimlərimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Belə həkimlər arasında olan və daimi savadı, təcrübəsi və xidməti ilə seçilən həkimlərimiz olduqca çoxdur. Bakı şəhər 36 saylı Şəhər Poliklinikası da körpələrin sağlamlığının keşiyində vicdanla, şərəflə duran, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur. Bakı şəhər 36 saylı Şəhər Poliklinikasının baş həkimi Ramidə xanım İbrahimova öz peşəkarlığı, savadı, dünyagörüşü, səmimiyyəti, işinə məsuliyyəti ilə hər kəsin dərin hörmətini və inamını qazanıb, xalq arasında öz nüfuzu, hörmət sahibi olması ilə seçilir. Poliklinikaya gələn xəstələrin hamısı onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu məkanın həkim kollektivindən razılıqlarınlı dilə gətirir, onlara öz dərin minnətdarlıqlarını böyük fəxrə söyləyirlər.
Bu polklinikada öz peşəsini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlər çalışır. Belə "ağ xalatlılar"mızın fədakarlılığı ilə hər gün neçə-neçə körpələri həyata qayıdır.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyəyə göstərilən diqqət və qayğı tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətdən yüksək səviyyədə yararlanır. Bir sözlə, səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Son vaxtlar dünyanı əhatə edən koronavirus bir kabusa çevrilmiş bir vaxtda Bakı şəhər 36 saylı Şəhər Poliklinikasının baş həkimi Ramidə xanım İbrahimova və poliklinikanın həkim personalı müraciət edən xəstələrə yüksək səviyyədə xidmət göstərirlər. Hal-hazırda Bakı şəhər 36 saylı Şəhər Poliklinikasında koronavirusa qarşı nəzarət və dizenfeksiya işləri gücləndirilmiş rejimdə həyata keçirilir.
Biz inanırıq ki, Bakı şəhər 36 saylı Şəhər Poliklinikası öz ənənələrinə sadiq qalacaq, dünya səhiyyəsinin inkişafına yeni–yeni töhfələr verəcəkdir.
Bizdə öz növbəmizdə Bakı şəhər 36 saylı Şəhər Poliklinikası baş həkimi Ramidə xanım İbrahimova və polknikada çalışan həkim personalına öz dərin minnətdarlığımız bildiririk.
Şamil Məmmədəlioğlu