Xalq artisti Rafiq Əliyev dünyasını dəyişib. 70 yaşlı tanınmış teatr aktyoru uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə sənətçinin həmkarları sosial şəbəkədə status paylaşıb, ailəsinə başsağlığı veriblər.
Qeyd edək ki, Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ictimai milli mükafatını alıb.
31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub.