Dağ tək əzəmətlidir,
Dosta sədaqətlidir.
Haqlı ədalətlidir,
Mənim atam.
O, ədalətli insanın,
Deyirəm səndə tanı.
Canəli onun adı,
Həsənovdur soyadı.
O, düz halalzadədir,
Soykökü bəyzadədir.
Halallıqdan yoğrulub,
Gürdəsərdə doğlub.
Rəhbər işdə çalışıb,
O, zəhmədə qatlşıb.
Yol verməyib harama,
Əl tutub çox insana.
Sözü nizə, ox olub,
Nəfsi gözü tox olub.
Zəhməti ilə ucalıb,
Çox igiddən bac alıb.
Qoçaq olub, mərd olub,
Yaltaqlara dərd olub.
Yaşı ötüb səksəndən,
Saçlarına düşüb dən.
Onu biz çox sevirik,
Yüz il yaşa deyirik.
Tarixə düşsün adın,
Fəxr etsin hər övladı.
İqrar Həsənov
Bakı şəhəri, 10.01.2020
Ardı var