Bildiyimiz kimi,hazırda ölkəmiz dinamik inkişaf yolundadır.Bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir.Bu islahatlar öz müsbət bəhrəsini verir.Bir tərəfdən ölkəmizin davamlı sosial-iqtisadi inkişafı,digər tərəfdən isə müasir dünyada gedən qloballaşma,rəqabət və inteqrasiya prosesləri,respublikamız üçün bütün sahələr üzrə yüksək ixtisaslı,dünya əmək bazarında layiqli yer tutan mütəxəsislərin hazırlanmasına tələbatı artırır.Bütün bunları nəzərə alaraq,ölkəmizin rəhbərliyi,təhsil sahəsinin inkişafına böyük önəm verir,onu,dövlət siyassətinin prioritet istiqamətlərindən biri kimi plana çəkir.Bu sahədə əsaslı dövlət proqramları həyata keçirilir.Bu diqqət və qayğı təhsilalanlar,xüsusən qızlar üçün əlverişli imkanlar yaradır.
Belə ki,Masallıda uzun müddət xeyriyyəçiliklə məşğul olan gənc yaşlarından insanlara səmimiyyəti ilə seçilən,təhsilə həmişə qayğı göstərən,təhsil işçilərinin maraqlarını üstün tutan millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaranan “Təhsil Fondu”na,rayonun iş adamlarının bu işə cəlb olunması təqdirəlayiqdir.
“Təhsil Fondu”nun yaradılmasında əsas məqsəd, Dövlət Pedaqoji Universitetlərininmüəllimlik ixtisasına qəbul imtahanlarında 300 baldan yuxarı nəticə ilə qəbul olunmuş qızların təhsillərini davam etdirmələri üçün böyük maddi və mənəvi dəstək göstərməkdir.Həmçinin,valideynlərin və onların qız övladlarının maariflənməsində,erkən yaşlı qızların ailə həyatına verilməsinin qarşısını almaq,onların həyata təhsilli bir mütəxəsis kimi hazırlanması üçün tərtib olunmuş vahid plan əsasında vaxtaşırı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda gələcəkdə ailə həyatında baş verən narazılıqların və nikahların pozulması hallarının qarşısını almaq üçün planda öz əksini tapan tədbirlərin həyata keçirilməsi çox faydalıdır.
Arzu edək ki,millət vəkili Məşhur Məmmədovun təşəbbüsünə digər regionlardan seçilən millət vəkilləri də bu təşəbbüsə və iş adamlarının bu xeyirxah tədbirə qoşulmasını iş fəaliyyətlərində əsas götürməklə qızlarımızın təhsillərini davam etdirmələrini daima diqqətdə saxlasınlar.Bu da dövlət proqramının icrasına böyük təkan olar.
Ümidvarıq ki,Masallıda yaradılmış “Təhsil Fondu”nun fəaliyyəti uzunmüddətli olacaq,rayon sakinləri tərəfindən yüksək qiymətləndiriləcək.
Yaradılmış “Təhsil Fondu”na uzun illər təhsil sahəsində müxtəlif rəhbərlikdə işləmiş,müasir təhsilin inkişafının təcrübəli bilicisi Hüseyn Hüseynov rəhbərlik edir.
Sonda “Təhsil Fondu”nun təşəbbüsçüsü,millət vəkili M.Məmmədova və fondun rəhbəri H.Hüseynova bu xeyirxah tədbirin həyata keçirilməsində onlara möhkəm can sağlığı və şərəfli işlərində uğurlar arzulayırıq.
Soltanağa Cəfərov
Bölgə müxbiri, AJB-nin üzvi.