Xoşbəxtəm ki,mən,bu şəxsin həm oğluyam,həm də şagirdiyəm.
Qəlbi pak,incə duyğulara malik,insanlara sədaqəti,humanizmdən yoğrulmuş bir ömürün sədası ilə gənclərimizə,təhsil yollarında səmərəli bələdçilik etmiş şərəfli peşə sahibinin həyat səlnaməsinə nəzər yetirək.
Bu şərəfli ömrü yaşayanlar o cümlədən tükənməz övlad sevgisinin mənbəyi Soltanağa müəllimin ömrünün 70-ci baharı tamam olur.
Soltanağa Cəfərov-ömrünün 50 ilini cəmiyyətimizdə aparıcı sayılan,gənclərin təlim-tərbiyəsinə həsr etməklə onların həyat istiqamətlərinə parlaq işıq saçmışdır.
Yaradıcı müəllim,neçə-neçə gənc müəllimləri təhsil yollarında uğurlu addım üçün pedaqoji və metodiki köməklik göstərmiş,hər bir gənc müəllimin uğurlarına sevinib,onlara şərəfli yolda,yol yoldaşı olmuşdur.Öz ixtisasını gözəl bilən,coğrafiya elminin dərindən öyrənilməsinə bütün imkan və bacarıqlarını sərf etməklə,bu fənnə aid 3 kitabın müəllifi kimi,ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlərə kömək üçün yazdığı “ Coğrafiyadan riyazi hesablamalar” adlı kitabı onların stolüstü kitabına çevrilmişdir. Respublika Pedaqoji mühazirələrinin 3 dəfə qalibi olmuş və fəxri diplomlara layiq görülmüşdür.Təhsil Nazirliyi tərəfindən ali dərəcəli müəllim və metodist adını almışdır.
Soltanağa müəllim uzun illər məktəb direktoru,RTŞ-də məsləhətçi,TQDK-nın rayon üzrə məsul katibi və Masallı Dövlət Regional Kollecində işlədiyi dövrlərdə həmişə yeniliyiə can atmaqla,müasir təhsilimizin inkişaf nəbzini tuta bilmişdir.
Vətənimizin bütün guşələrini,təbiətə vurğun qəlbi ilə sevən Soltanağa müəllimin əsil vətəndaşlığı,dövlətə sədaqəti ilə seçilən ziyalı olmağı,onun ömür səlnaməsinin ən uğurlu səhifələrindəndir.
O,həmçinin jurnalist və yazar olmaqla yaşadığımız dövrün aktual məsələlərini həmişə diqqətdə saxlamaqla işıqlandıra bilmişdir.
Onun bədii yaradıcılığının məhsulu olan “Acı həyatın şirin davamı”,”Bir ümman işıq”,”Acı göz yaşlarım bir xatirədir”, adlı kitablarında qəlbinin nə qədər kövrək olduğunu hiss etmək o qədər də çətin deyil.O cümlədən “Yadigar heyva ağacı”,”Yarımçıq qalmış arzular”,”Dost yanğısı”,”Gözləri yolda qalan ana”,”Ana kəlməsinin istisi və işığı”,”Bu dünyadan kimlər köçdü”,”Ev bir dünyadır”,” Heyif ki,sən yoxsan”,”Ana südü” kimi çoxsaylı yazılarında qəlbindən incə duyğularla süzülüb gələnləri qələmə almışdır.
Müdriklik əsl ağsaqqallıq dövrünü yaşayan müəllim,ictimaiyyətin,elin,obanın sevimlisinə çevrilməsi ,onun nəcib xeyirxah,alicənab əməllərinin bariz nümunəsidir.
Onun dövləti şagirdləri,qazancı el məhəbbəti,nəğməsi şagirdlərinin sədasıdır.Bəli,müəllimin şagirdlərinin sədası uzaq-uzaq xarici ölkələrdən yüksək səviyyəli mütəxəsis kimi gəlməsi,doğma ölkəmizdə general rütbəsinə qədər yüksələn şagirdlərinin xoş əməlləri,müəllimin ömrünə ömür calamaqla yaşamağa ruhlandırır.
Atam bizim əlimizdən tutub,ilk dəfə məktəbə apardığı kimi həyatımızda da düzgüçülük,doğruçuluq,ədalətlilik prinsipi üzrə yaşamaq yollarında bizimlə birlikdə addımlamışdır.Onun yeganə arzusu,övladlarını təhsilli görmək idi.O, artıq bu arzusuna çatmışdır.Övladları və nəvələri onun layiqli davamçısı olmaqla müəllim adını şərəflə daşıyırlar.
Mən bu yazını hazırlayarkən atam haqqında deyil,bir müəllimim haqqındakı düşüncələrimi qələmə almağa çalışmışam.Və fəxr edirəm ki,haqqında söz açdığım müəllim həm də mənim atamdır.Övladları və nəvələri adından atamızı təbrik edir,Ulu Tanrıdan ona möhkəm cansağlığı və uzun ömür arzu edirik.Biz səninlə fəxr edirik ATA!!!
Fərəc Cəfərov.Masallı rayonu Sığıncaq kənd tam orta məktəbinin coğrafiya müəllimi.
Bizdə öz nöbəmizdə Ulusestv.Az xəbər portalının rəhbəri Şamil müəllimin qardaşı Soltanağa müəllimi 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona cansağlığı uzun ömür yaradıcılığında yeni-yeni naliyətlər arzulayırıq.