Dəyərli ziyalı, gözəl insan, savadlı pedaqoq, mənim həm qardaşım, həm də müəllimim olan, özünə, şəxsiyyətinə, sözünə, əməlinə, hərəkətinə fikir verən....dəyərli qardaşım... ömrünün müdrik yaşına-70 yaşına qədəm qoyur. Əzizimiz, sən sözün həqiqi mənasında ağsaqqalsan. Bu adı qazanıb haqq etmisən. Allah bu ziyalı, ağsaqqal işığı bizə çox görməsin.... hamı sevir, hörmət edir. Bu da Allahın sənə bəxş etdiyi nemət, sərvətdir. 70 yaşın mübarək, əziz qardaşım, dəyərli müəllimim. Sən ağsaqqallığın, şöhrətin zirvəsində inamla irəliləyirsən. Fəxr edirəm ki, sənin kimi ziyalı-şəxsiyyət, həm də müəllimim olan qardaşım var. Yüz yaşa, var ol. Sənə möhkəm can sağlığı, uzun ömür, xalqımız, dövlətimiz, elimiz üçün daha da böyük işlər görməyi arzulayıram.
Şamil Cəfər
“UlusesTV.az”-ın kollektivi adından Soltanağa müəllimi 70 yaşı tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can-sağlığı arzulayırıq.
Fərid Faiqoğlu