• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ailə Həkimi Klinikası - Hipotireoz zamanı necə qidalanmaq lazımdır

Tarix : 3-03-2018, 11:50 Oxunub : 768 Bölmə :gundem / sosial / ust / manset
Ailə Həkimi Klinikası - Hipotireoz zamanı necə qidalanmaq lazımdır





































Qalxanabənzər vəzi ifraz etdiyi hormonlara görə insan orqanizmində son dərəcə vacib rol oynayır. Belə ki qalxanabənzər vəzi hormonları maddələr mübadiləsını, fiziki və əqli inkişafı tənzimləyir, immun sistemi formalaşdırır və s. Buna görə də qalxanabənzər vəzin problemi bütün orqanizmin problemi sayılır. Hipotireoz zamanı bədən çəkisinin artması, ürək damar sisteminin işinin pisləşməsi, soyuğa həssaslıq ,səbəbi məlum olmayan allergiyalar, səsin kobudlaşması, saç tökulməsi, qəbizlik və s. baş verir. Hipotireozlu insanların nə cür qidalanması haqqında bəzi məsləhətlər. Əvvəlcə onu qeyd edək ki hipotireoz zamanı qalxanabənzər vəzi hormonunu əvəz edən dərman preparatı qəbul edilir. Amma bu o demək deyilki, biz sağlam insanlar kimi hər şey və istədiyimiz qədər yeyə bilərik. Müəyyən ərzaq məhsulları vardır ki qalxanabənzər vəzin funksiyasını azaldır orqanizmdən yodu blokada edib bədəndən xaric edir,onsuzda zəifləmiş maddələr mübadiləsini bir az da zəiflətmiş olur.Belə olduqda isə yuxarıda dediyimiz şikayətlər özünü göstərır, illər keçdikcə xəstədə xolesterin, triqliseridlərin miqdarı artır,ilk başlanğıcda hipotonoya,damar sərtləşməsi getdikcə isə 30-35% halda hipertoniya əmələ gəlir, sidik ifrazı azalır, bədəndə artıq maye yığılır və s. Ona görə də biz dərman qəbul etsək də dietanı gözləmək şərtdir. 1-orqanizmdən yodu blokada edən ərzaq məhsullarından az istifadə etmək.Bu qidalardan qeyd etmək olar-kələm, brokkoli, gül kələmi, spanaq, turp və s. Yuxarıda göstərdiyimiz bitkilərin tərkibində strumogen vardır ki, o da orqanizmdən çox vacib mikroelement olan yodu blokada edib xaric edir. (Onu da qeyd edək ki yediyimiz ərzaqların tərkibində gündəlik lazım olan yod mikro elementini ala bilmirik.) 2- qalxanabənzər vəzin funksiyasını azaldan qidalar. Məs.soya, araxis, kətan tumları və s. Indi elmə məlumdur ki soyanın tərkibində izoflavon var ki TPO (tireoid peroksidaza) fermentini blokada edir hansı ki TPO tireoid hormonların biosintezində əsas rol oynayır. İzoflavonun əsas tərkib hissəsində isə qenistein və daidzein -2 var ki, eyni zamanda onlar da qalxanabənzər vəzdə ferment reaksiyalarını azaldır, dayandırır. Hansı ki bu reaksiyalar yodun mənimsənilməsi və T-3, T-4 yaranması üçün vacibdir. Asiya ölkələrinin çoxunda soya əsas qida məhsulu kimi istifadə olunduğuna görə bu ölkələrdə hipotireoza daha çox rast gəlinir. Böyük Britaniya, Amerika alimlərinin tədqiqatlarına görə gündə 60 qr. soya istifadə edən qadınların menstrual tsikli pozulmuşdur. Bəzi uşaq qidalarının tərkibində də soya südü var ki bu özü də uşaqlarda qalxanabənzər vəzi funksiyasının pozulması riskini artırmış olur. 3- rafinə olunmuş qidaların istifadəsini azaltmaq məs. kofein, alkoqol və s. 4-tez həzm olunan karbohidratların istifadəsini azaltmaq (ağ un məmulatları,qənd, şəkər tozu, mürəbbələr, kompotlar və s.) 5-maye qəbulu 1200-1500 qr. çox qəbul etməmək. 6-qazlı içkilər 7-duzlu yeməklər Əsasən A, C ,D, E və B qrup vitaminləri ilə selen,yod, kalium, kalsium, maqnezium ilə doymamış yağ turşuları, omeqa -3 ilə zəngin olan qidalara üstünluk vermək lazımdır. Heyvani yağları zeytun yağı ilə əvəz etmək hər 1-kq-a 1-1.5 qr zülal istifadə etmək (balıq və toyuq ətinə üstünlük vermək) Hipotireozda istifadə edilməsi məsləhətli olan qida məhsullarının bəzilərini sizin yadınıza salmaq istəyirəm. A-vit. Ilə zəngin olan-itburnu, banan,ərik, kök, bolqar bibəri,balıq yağı, kərə yağı və s. B2-vit.armud, pendir, yaşıl lobya və s. B6-vit.ət, qara ciyər, kəpəkli çörək və s. Niasin-xurma, dənli bitkilər və s. C-vit.itburnu , şirin bibər, şüyüt, cəfəri ,qara qarağat, sitrus meyvələri və s. D-vit.yağlı balıqlar,süd məhsulları,əsasən günəşdən şüalarının təsirindən yaranır. Selen –dəniz məhsulları, buğda kəpəyi, ağ köbələk, cücərmiş buğda, dəniz duzu, daş duz, buğda kəpəyi, zeytun yağı, kokos və s. Ca-moruq cəfəri şüyüt, ərik, qarağat, badam,süd, qatıq, kəsmik, küncüt və s. K-qara gavalı, ərik, alma srkəsi, əncir, banan , qulançar, kivi, bal, xiyar və s. Bu məqaləni yazmaqda məqsədimiz odur ki, illərlə, bir ömür boyu, hər gün dəfələrlə yediyimiz qidaların fəlsəfəsini anlayaq və onlardan ancaq sağlam və mənalı yaşamaq üçün istifadə edək.

Ailə həkimi klinikasının ginekoloqu - F. Rüstəmova
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Ailə Həkimi Klinikası - Ensefalitlər

    Ailə Həkimi Klinikası - Ensefalitlər ...

    27-02-2018, 20:45

  • Ailə Həkimi Klinikası - Ürək astması

    Ailə Həkimi Klinikası - Ürək astması ...

    23-02-2018, 20:08

  • Ailə Həkimi Klinikası - Hamiləlik zamanı dəri problemləri

    Ailə Həkimi Klinikası - Hamiləlik zamanı dəri ...

    23-02-2018, 20:03

  • Ailə Həkimi Klinikası - Dağınıq skleroz

    Ailə Həkimi Klinikası - Dağınıq skleroz ...

    22-02-2018, 22:56

  • Ailə Həkimi Klinikası -  Prostat vəzinin böyümə səbəbləri

    Ailə Həkimi Klinikası - Prostat vəzinin böyümə ...

    22-02-2018, 22:53



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Ukrayna Silahlı Qüvvələrinin ilk qrupu təlim üçün Britaniyaya gedib

    Ukrayna Silahlı Qüvvələrinin ilk qrupu təlim üçün Britaniyaya gedib

  • Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

    Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri necə dəyişib?

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

    Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

    Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

  • OPEC-in baş katibi vəfat edib

    OPEC-in baş katibi vəfat edib

  • Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

    Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

  • Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü

    Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü

  • "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İB - təşkilatçılığı ilə Gədəbəy rayonunda "Zəfər görüşü " adlı tədbir keçirilib

  • DYP binasına gəlib “Sizi qovduracağam” deyən şəxs həbs edildi

    DYP binasına gəlib “Sizi qovduracağam” deyən şəxs həbs edildi

  • “Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

    “Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

  • Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar

    Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar

  • Sevda Ələkbərzadənin doğum günündən əyləncə dolu görüntülər

    Sevda Ələkbərzadənin doğum günündən əyləncə dolu görüntülər

  • Ermənistan prezidentinə xiyarla verilən mesaj

    Ermənistan prezidentinə xiyarla verilən mesaj

  • Fond direktoru: “İqlim dəyişikliyi Xəzər suitisinin populyasına güclü təsir göstərir”

    Fond direktoru: “İqlim dəyişikliyi Xəzər suitisinin populyasına güclü təsir göstərir”

  • Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB

    Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB

    © Copyright 2019, Bütün hüquqlar qorunur!