Övlad dünyaya gətirən,onların arzularını həyata keçirən ən müqqədəs duyğulara malik olan övlad üçün tükənməz sevgi mənbəyi olan anaların qarşısında hər bir övlad baş əyməli,onun halal südü ilə qidalanmasını,həyata hazırlamasını heç vaxt unutmamalıdır.Lakin bəzən ailə həyatı qurduqdan sonra bəzi ailələrdə anaya baxış başqa istiqamətə yönəlir.Qoca ananın başına gələn əhvalatdan söhbət açmaq yerinə düşər.
Ana bir oğul övladı dünyaya gətirdi.Oğlan uşaqikən atası vaxtsız dünyadan köçdü. Adını Cəmil qoydu.Cəmil ana himayəsində böyüdü.Cəmil insafən xoş xasiyyət,zəhmətkeş bir övlad idi.Cəmil böyüdkdən sonra fəhləlik edər öz zəhməti hesabına qazandığı məvaciblə ana-bala xoş həyat tərzi keçirirdilər.Anasının razılığı ilə Cəmil qonşu kənddən olan Firuzə ilə ailə həyatı qurdu.Artıq bunların iki gözəl-göyçək qızları var idi.Nəvələr Çimnaz nənəni çoxistəyir,ən xoş saatarını onun yanında keçirirdilər.Lakin gəlin Firuzənin nənəyə qarşı münasibəti nəvələrə mənfi təsir edirdi.
Çimnaz Nənə artıq qocalmış,əldən düşmüşdür.Oğlu Cəmil un anbarlarında ağır un kisələrini daşıyıb anbara vurmaqla qazandığı əmək haqqını ailəsinin ehtiyacalarına xüsüsən anasının sağlamlığı üçün iynə-dərmana verirdi.
Çimnaz nənənin hərəkət edə bilməməsi yataq şəraitində gün keirməsi gəlini Firuzəni heç narahat etmir,hətta onun otağına belə baş çəkmirdi.Balaca nəvəsi Ceyran anasından gizlicə nənəsinə baş çəkir,ona lazım olanları anasından gizlicə ona verirdi.Firuzə hətta Çimnaz nənəni paltarlarını belə yumaqdanda imtina etmişdir.Bir neçə dəfə anasına baxmadığı üçün Cəmil həyat yoldaşı Firuzə ilə üz-üzə gəlmişdi.Lakin o istəmirdi ki,onun ailəsi dağılsın.Hər gün səhər işə axşam isə evə tələsir,ilk dəfə anasını görüb onun səhəti ilə maraqlandan sonra uşaqlarına baxardı.Balaca Ceyran anasının nənəsinin paltarlarını yumamasını görüb həmin paltarılar yığıb yumağa başladı.Paltarları qurutmaq üçün yer tapmadığından gül kolları üzərinə sərərkən atası Cəmil işdən qayıdan zaman balaca qızcığazın hərəkətindən xoşu gəlsədə ailəsində həyat yoldaşının anasına qarşı olan mənfi münasibətini bir daha dəqiqləşdirdi.
Bir gün Firuzə həyat yoldaşına bildirdi ki,artıq bu şəraitdə yaşaya bilmirəm.Mən uşaqlarıda götürüb evdən çıxaçağam.Ya Ananın ya da bizi tut dedi.Cəmil nə qədər çalışsada Firuzəni yola gətirə bilmədi.Firuzə iki qız övladı ilə evdən çıxıb ata ocağına qayıtdı.
Cəmil o gündən anasının paltarlarını yuyur,yeməyini hazırlayır və onun istədiyini həll edirdi.Balaca Ceyran Nənəsindən ötrü çox sıxılır hətta bir neçə dəfə anasının yaşadığı evdən qaçmağa cəhd etmişdi.Çimnaz nənəni narahat edən gəlini və nəvələrin evdən çıxması idi.O,bir neçə dəfə Cəmilə demişdir get ailəni gətir amma Cəmil isə razılıq verməmişdir.Bunu görən Çimnaz nənə ayağı yer tutmasada əvvəl oğlunu iş yerində görmək sonra isə nəvələrini görmək arzusu ilə evdən çıxıb ağır addımlarla,küçəyə çıxa bildi.Bir taksi sürücüsünü yaxınlaşıb oğlum pulum yoxdur,ancaq qulağında olan sırğanı sürücüyə uzadıb onun oğluna iş yerinə aparmağı xahiş etdi.Sürücü Cəmili yaxşı tanıyırdı.Çimnaz nənəni oğlunun iş yerinə gətirdi və sırğanı Cəmil qaytardı.Cəmil anasını öz qucağına alıb evə gətirdi.Artıq Firuzə öz səhvini başa düşmüşdür.O qızlarınıda götürüb Cəmilin yanına qayıtmağa qərar verdi.Qızları ilə Firuzə evinə qayıtdı.Qapı bağlı idi.Qapının üstündə bir dəstə tər çiçək gördü.Çiçəklərin üzərində Çimnaz nənənin doğum gününə təbrik yazılmışdı.Cəmil anası ilə təbiətin seyrinə çıxmışdı.Evə qayıdanda daha çox intizarda olan balaca Ceyran pəncərədən atasının və nənəsini gəldiyini görüb cəld həyətə qaçdı və uşaq sevinci ilə nənəsinin boyununa sarıldı.Firuzənin evə dönməsinə sevinən ən çox Çimnaz nənə idi.Cəmil anasını,Firuzəni və qızları təbiətin qoyununa aparmağı söz verib onlarala birlikdə qoyun-quzu sürüsü otlayan təbiəti zəngin olan güşəsinə apardı.Orada balaca quzulara analarının nəvazişi və quzuların analarını yanından bir addımda uzaqda olmamaları və analarının öz südü ilə onları necə bəsləməsini,Firuzə ilə bir yerdə seyr edirdilər.Bununla Cəmil Firuzəyə ana südünü əvəzedilməz qiymətini çatdırmaq istədi.Bəli Firuzə ana südünün nə qədər qiymətli olmasını onda dərk etdi.Evə qayıdandan sonra Firuzə bilmirdi ki,Çimnaz nənənin qəlbini necə ələ alsın.Çünki,Çimnaz xalaya dediyi acı sözlərdən və ona qarşı etdiyi hərəkətlərdən xəcalət çəkirdi.Cəmil isə bu barədə Firuzəyə heç bir söz deməsə də onun çəkdiyi daxili əzabı başa düşürdü ona bildirdi ki,sən ata ocağında öz anana necə qayğı göstərməyin balaca qızların gözündə özünü hörmətdən salmaqla onların böyüməsi üçün verdiyi ana südünü qiymətləndirməyi bacarmadın.Bu mövzuya toxunmaqda məqsəd çağdaş dünyamazda valideynlər qocalanda bəzi faydasız övladlar tərəfindən dəyərdən düşür.Onlar fikirləşmir ki,valideynləri onlardan ötrü nələrdən keçmişdir.Ulularımız ən müqəddəs saydığı “Ana südünə” and içməklə həyatda düzgün mövqe tutmuşlar.Hər bir evə gələn gəlin öz anasın,atasını nə qədər istəyirsə burda da onları özünə valideyn kimi qəbul etməlidir.Vaxt gələcək onlarda qoca valideynlərin həyatının yaşayanda buraxdığı səhvləri dərk edəcək.Ancaq gec olacaq.Valideynlərə sağlığında qiymət verən onlardan gələcək həyatları üçün xeyr dua alan övladlar Ulu Tanrı tərəfindən həmişə qiymətləndirilir.
Soltanağa Cəfərov
Masallı Dövlət Regional Kollecinin müəllimi
A.J.B-nin üzvü