Fransa yığmasının və “Marsel” klubunun üzvü Dmitri Payet koronavirusa yoluxub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komandanın bütün üzvləri COVİD-19 testindən keçib və məşhur futbolçunun nəticəsi pozitiv çıxıb.
Bu səbəbdən Fransa çempionatının ilk turunda bu gün keçirilməsi planlaşdırılan “Marsel” – “Sent-Etyen” matçı təxirə salınıb.