Bu gün Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulacaq.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.
1/16 finalda Fətiyev türkiyəli Vedat Albayrak, Heydərov isə almaniyalı Niklas Blöxl ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.