Futbol üzrə Avropa çempionatı davam edir. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq. Əvvəlcə D qrupu çərçivəsində Şotlandiya və Çexiya yığmaları üz-üzə gələcək. Günün ikinci matçı E qrupunda Polşa və Slovakiya yığmaları arasında baş tutacaq. Qrupun digər oyununda isə İspaniya və İsveç milli komandaları qarşılaşacaq. AÇ-2020 14 iyun D qrupu 17:00. Şotlandiya – Çexiya Baş hakim: Daniel Zibert (Almaniya). Qlazqo. Hampden Park stadionu. E qrupu 20:00. Polşa – Slovakiya Baş hakim: Ovidiu Hateqan (Rumıniya). Sankt-Peterburq. Yeni Zenit stadionu. 23:00. İspaniya – İsveç Baş hakim: Slavko Vinçiç (Sloveniya). Sevilya. Olimpiya stadionu.