“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “Qırmızı şeytanlar”ın hazırkı futbolçularını sərt tənqid edib. Qeyd edək “Mançester Yunayted” “Mançester Siti”yə qarşı keçirdiyi son oyunda 4:1 hesablı darmadağınla üzləşib. “Dostum, sən “Mançester Yunayted”də derbidə oynayırsan. Təsəvvür edin ki, nə qədər insan sizin yerinizdə olmaq istəyir. Sən isə meydançada gəzirsən və bu bazar günündə vaxt keçirmək üçün daha yaxşı bir yer haqqında düşünürsən. Bu, “Mançester Yunayted”in oyunçularından hiss etdiyim əhval-ruhiyyədir. Futbol oynamaq üçün bir klubdasınızsa, oyununuzu təkmilləşdirin, hər gün daha çox çalışın və tənqidi qəbul edin. Yox əgər bunlara hazır deyilsinizsə, klubu tərk edin”, - deyə R. Ferdinand söyləyib. Mənbə:Oxu.Az