“San Antonio” klubunun baş məşqçisi: “Maaşım məni motivasiya edir”
Tarix : 28-09-2022, 08:36Oxunub : 60Bölmə :idman / manset
ABŞ-ın “San Antonio” basketbol klubunun baş məşqçisi Qreqq Popoviç daha bir mövsüm Milli Basketbol Assosiasiyasında (NBA) keçirməsinin səbəbini açıqlayıb. “Mənim maaşım”, - deyə Popoviç qısaca cavab verib. Baş məşqçi maaşının onu motivasiya etdiyini qeyd edib. Tanınmış mütəxəssis 1996-cı ildən kluba başçılıq edir. O, baş məşqçi kimi karyerası ərzində qələbələrin sayına görə liqa rekordçusudur. Belə ki, Popoviç baş məşqçi karyerası ərzində 1344 qələbəyə imza atıb. Mənbə: Oxu.Az