Polşa, Belarus və Litvanın həndbol federasiyaları kişilər arasında 2026-cı ildəki Avropa Çempionatına birgə ev sahibliyi etmək üçün Avropa Həndbol Federasiyasına ərizə göndərməyi qərara alıblar.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ev sahibi 2021-ci ildə elan olunacaq.
Polşa 2016-cı ildə də kişilər arasında həndbol üzrə Avropa çempionatını qəbul etmişdi. Bu səbəbdən müsbət cavab əldə edəcəyinə böyük ümid bəsləyir. Ölkə həmçinin, coğrafi anlamda da uğurlu istiqamətdədir.