İngiltərənin “Liverpul” klubunun yanvar üçün ən yaxşı futbolçusu müəyyənləşib.
ulusestv.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu, azarkeşlər arasında aparılan səsvermə nəticəsində seneqallı hücumçu Sadio Mane olub.
O, yanvarda İngiltərə Premyer Liqasında 4 oyunda iştirak edib. “Kristal Palas” (4:3) və “Lester Siti”nin (1:1) qapısından bir top keçirib. Hücumçu cari mövsümdə “Liverpul”un heyətində 32 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Hazırda Yurqen Klopun yetirmələri turnir cədvəlində 65 xalla ikinci pillədə qərarlaşıblar. Eyni xala malik olan “Mançester Siti” bir oyun çox keçirməsinə baxmayaraq top fərqinə görə birinci yerdədir.