FİFA VAR-dan (videotəkrar) istifadə ilə bağlı qərarında müvəqqəti dəyişiklik edib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq, 2019/20 mövsümünün sonunadək VAR-dan istifadə məcburiyyəti aradan qaldırılıb.
Bir sözlə, VAR-dan istifadəyə davam etmək və ya bu xidmətdən müvəqqəti imtina qərarı federasiya və konfederasiyaların ixtiyarında qalır.