Kişi və Qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Gimnastikasının rəsmi saytı yayıb.
Bildirilir ki, kişilər arasında qitə çempionatı 9-13 dekabrda, qadınlar arasında isə 17-20 dekabrda Azərbaycan paytaxtında baş tutacaq.
Qeyd edək ki, kişilərin yarışının əvvəlcədən Bakıda olacağı bəlli idisə, qadınlar arasında yarış Parisdə baş tutmalı idi.