Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı məlum olub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatına millimizin yeni çalışdırıcısı Canni de Byazinin köməkçisi olacaq Alessandro Skayya məlumat verib.
O bildirib ki, sentyabrın 5-də Millətlər Liqasında keçiriləcək ilk oyunu nəzərə alaraq toplanış avqustun 28-i başlayacaq.
Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.