OPEC Baş katibi Məhəmməd Barkindo Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə OPEC-in rəsmi tvitter səhifəsində məlumat verilib.
“OPEC Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edir. Baş Katib Məhəmməd Barkindo ona uzun ömür, can sağlığı və böyük ölkəsi Azərbaycan və OPEC əməkdaşlığı üçün uzun illər xidmət arzulayır. Bütün maraqlı tərəflərin və qlobal iqtisadiyyatın xeyri naminə dayanıqlı stabil neft bazarlarının qorunması üzrə Əməkdaşlıq Bəyannaməsində Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi çox yüksək qiymətləndirilir”,- deyə açıqlamada qeyd olunub.