Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini Amil Məmmədovdan bir ədəd “TOZ-16” markalı, qoşa lüləli ov tüfəngi aşkar edərək götürüb.
Hazırda faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.