Gəncədə 23 yaşlı gəncin bıçaqlanmasının təfərrüatı məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, hadisə gənclər arasında geniş yayılmış “PubG” oyunu üstündə baş verib.
Artıq Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Zülfüqarov İlkini saxlayıblar.
00:03
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.