Bakıda əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Araşdırma zamanı onun qaynı oğlu 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub.
R.Hüseynov saxlanılıb.
İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində öldürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.