Səbail rayonunda 26 yaşlı gənc bıçaqlanıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində 1993-cü il təvəllüdlü Paşayev Rəşad Sənan oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
R.Paşayevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.