Nərimanov rayonunun A.Nemətulla küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza noyabrın 14-də saat 6 radələrində qeydə alınıb.
Bakı şəhər sakini K.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cavad İbadovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.