Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza noyabrın 18-də saat 11 radələrində qeydə alınıb.
Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.