Şəmkir rayonunda 7 fərdi yaşayış evindən və bir mağazadan oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müəyyən edilib ki, Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov və 31 yaşlı Fərid Torkiyev rayon ərazisindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları, müxtəlif məbləğlərdə nağd pul oğurlayıblar. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarının bir qismini Gəncə şəhərində özləri, digər bir qismini isə Bakı şəhər sakini Elba Əhmədov vasitəsilə satıblar.
Saxlanılan şəxslərin Tovuz rayonunda da anoloji cinayət hadisələrini törətdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Qafqazinfo”