• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları

Tarix : 15-08-2019, 11:10 Oxunub : 342 Bölmə :maraqli / ust / manset
Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları




















Arktikada buzlaqların sürətlə əriməsi dünyanın gələcəyi üçün böyük təhlükə yaradır.
ulusestv.az Oxu.Az-A-a istinadən xəbər verir ki, Svaalbard və Qrenlandiya adalarını bir-birindən ayıran Fram boğazı buzlaqların “öldüyü” yerlərdən biridir.
Qlobal iqlim dəyişikliyi Arktikada buzlaqları normadan iki dəfə artıq isidir ki, bu da kütləvi şəkildə əriməyə gətirib çıxarır. Bu isə buzlaqların altında bir çox xoşagəlməz proses yaradır.
Elm adamları buzun altındakı proseslərin hansı təhlükələr yaradacağını dəqiq bilmək üçün daha çox məlumat əldə etmək istəyirlər. Fram Boğazı Arktika Rəsədxanasının məlumatlarına görə, 1990-cı ildən bu yana dəniz buzlarının qalınlığı üç metrdən iki metrə qədər azalıb.
Şimali Karolina Vilminqton Universitetinin fiziki Till Vaqner deyir ki, Arktikanın bütün yerlərində buzlaqlar incəlib. Alimlərin qənaətinə görə, buzlaqlara daxil olan isti sular Qolfstrim isti cərəyanı vasitəsilə gəlir. Elm dünyası qeyd edir ki, bu hal Arktika, Cənubi Kanada və Mərkəzi Amerikada temperaturu yüksəldəcək, Avropanın şimal-qərb hissəsində isə əksinə, havalar soyuyacaq.
“Bu isti sular Arktikaya daxil olduğu zaman buzlaqların altına düşür. Buzun altındakı təbəqə isə səthə yaxınlaşaraq buzları altdan əridir”, - deyə T.Vaqner bildirir.
Dərin qatlardakı buzlaqların tərkibi alimlərin əsas tədqiqat obyektlərindən biridir. Bioloji okeanoqraf Mattias Keyp bildirir ki, buz parçasının içərisində mikroskopik meşə mövcuddur.
“Bura mikroskopik orqanizmlərin evidir”, - deyə M.Keyp əlavə edir.
Alim deyir ki, bu orqanizmlər atmosferdən karbon-dioksidi özlərinə çəkərək, qlobal iqlim dəyişikliyinin azaldılmasında mühüm rol oynayır:
“Bu, fotosintezdir, onlar oksigen ixrac edirlər. Bu, bizim aldığımız oksigendir”.
Buzlaqlar təkcə Arktikada yox, Antarktikada da sürətlə ərimə təhlükəsi ilə üz-üzədir.
Tədqiqatçılar Antarktikada buzlaqların sürətlə əriyəcəyini bəyan edirlər. Qənaətə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qala bilər. Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədə Antarktidada buz itkisi beş dəfə artıb. Buz itkisi qitənin içərilərinə doğru irəliləyir və bəzi yerlərdə qalınlığı 100 metrdən də aşağı düşür. Qərbi Antarktikadakı “Thwaites” buzlağının gələcəkdə dəniz səviyyəsinin artması üçün çox böyük risk olduğu bildirilir. Təkcə bu buzlağın əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qalxa bilər.

Məlumatlara görə, dənizin dibindəki torpaq xətti geri çəkilir, bu isə qeyri-sabitliyin, buzların əriməsinin gözləniləndən çox olacağını deməyə əsas verir. Corciya Texnologiya İnstitutunun dosenti Aleks Robel hesab edir ki, temperaturun yüksəlməsinin qarşısı alınsa belə, yaxın 150 ildə buzlaqlar məhv olacaq.

NASA-nın alimi Helen Seroussinin fikrincə, yaxın 200-600 ildə bu hadisə baş verə bilər:

“Bu isə buz altındakı topoqrafiyadan asılıdır. Biz bu barədə ətraflı məlumata malik deyilik”.

Aparılan yeni araşdırmalara görə, hətta gələcək üçün nəzərdə tutulmuş orta temperaturun 2 selsiyə kimi qalxması belə dəhşətli fəsadlarla nəticələnəcək.

Stokholm Davamlılıq Mərkəzinin professoru Uil Steffen Yerin dağıdıcı iqlim dəyişikliyinə nəzarət etməyin mümkün olmadığı bir kritik nöqtəyə çatdığını söyləyib.

Mütəxəssislərin fikrincə, bu, Arktikada buzlaqların azalması və Amazon meşələrinin qırılması kimi “domino effekti” yarada bilər.
Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Avqustda hava necə olacaq?

    Avqustda hava necə olacaq? ...

    31-07-2019, 14:48

  • Bəşəriyyətin tezliklə sonu vəd edildi

    Bəşəriyyətin tezliklə sonu vəd edildi ...

    5-06-2019, 11:08

  • İngiltərə və Fransanın Mərkəzi banklarının rəhbərləri iqlim dəyişikliyi haqqında məqalə dərc ediblər

    İngiltərə və Fransanın Mərkəzi banklarının ...

    18-04-2019, 08:35

  • Mart ayının hava proqnozu

    Mart ayının hava proqnozu ...

    28-02-2018, 14:49

  • Fevral ayının hava proqnozu

    Fevral ayının hava proqnozu ...

    1-02-2018, 08:59



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!