Xalq artisti Ramiz Əzizbəyli altı gündür reanimasiyadadır.
Bu barədə “Qafqazinfo”ya aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O, atasının mayın 28-də Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.
X. Əzizbəyli “COVID-19”a yoluxan aktyorun saturasiyasının aşağı düşdüyünü, həmçinin tənəffüs almaqda çətinlik çəkdiyini söyləyib.