Bu il koronavirus pandemiyası ilə əlaqədar 15 min nəfərdən çox Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat buraxılışında məlumat verilib.
Bildirilib ki, bu şəxslər “COVİD-19” pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan vətəndaşlardır.