• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

XİN bəyanat yaydı

Tarix : 4-04-2021, 11:15 Oxunub : 158 Bölmə :siyaset / ust / manset
XİN bəyanat yaydı




















Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda qeyd edilir ki, Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir:
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib.
Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.
Bu ərazilərin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Təxminən otuz ildir ki, evlərindən didərgin düşmüş ailələr, ərazilər minalardan təmizlənmədiyi üçün hələ də təhlükəsiz şəkildə öz evlərinə geri dönə bilmirlər.
Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğalı dövründə, habelə bu torpaqlardan çıxmağa məcbur edilən zaman həmin ərazilərdə məqsədli şəkildə minaların yerləşdirilməsi, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıtmasına və bu insanların fundamental hüquqlarının həyata keçirilməsinə maneə olmaq və mümkün qədər çox insanın lüzumsuz əzab çəkməsinə nail olmaq istəyən Ermənistanın niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.
Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Azərbaycan Mina Xəbərdarlığı Günündə müraciətini bir daha təkrar edir və beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmasına və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsinə göz yummamağa çağırır.
Biz Ermənistandan beynəlxalq hüquq qarşısında tutduğu öhdəlikləri və insan həyatını qorumaqla bağlı mənəvi borcunu yerinə yetirməsini tələb edirik. Azərbaycan sülhü və cavabdehliyi təmin etmək üçün bütün mövcud və lazımi hüquqi tədbirləri görəcəkdir".
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • “4 ay ərzində 40-a yaxın mülki şəxs minaya düşüb”

    “4 ay ərzində 40-a yaxın mülki şəxs minaya düşüb” ...

    25-03-2021, 17:05

  • Vətəndaş cəmiyyəti qurumları beynəlxalq təşkilatlara müraciət etdi

    Vətəndaş cəmiyyəti qurumları beynəlxalq ...

    25-03-2021, 17:02

  • Nazirin Quterreşə məktubu BMT sənədi kimi yayılıb

    Nazirin Quterreşə məktubu BMT sənədi kimi yayılıb ...

    4-03-2021, 14:12

  • Baş Prokurorluq mina təhlükəsi haqda video hazırlayıb

    Baş Prokurorluq mina təhlükəsi haqda video ...

    5-02-2021, 12:46

  • Astarada tank əleyhinə 15 mina aşkarlanıb

    Astarada tank əleyhinə 15 mina aşkarlanıb ...

    13-03-2019, 08:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!