Ulu Öndər Heydər Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətli illər olmuş¸ müstəqil dövlətçiliyimizin əsasları qoyulmuşdur:
Azərbaycan xalqının xilaskarı, ümumilli lideri Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisə sədri seçilmişdir.Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına prezidentlik dövrü 1993 –cü il 3 oktyabrdan 2003-cü ilin oktyabrınadək olan tarixi əhatə edir.Bu sadəcə prezidentlik dövri deyildi,eyni zamanda bir xalqın yenidən dirçəlişi,bir dövlətin bütün aldığı zərbələrə baxmayaraq yenidən ayağa qaıxması dövro idi.Bu illər ərzində Ulu öndərimizin apardığı siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə inkişaf başlamışdır.Heydər Əliyevin ilk prezidentliyi dövründə (1993-1998-ci illər) müasir, demokratik,hüquqi və dünyəvi dövlət yaratmaq məqsədilə ilk islahatlar keçirmişdir.Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası (1995-ci il) yarandıqdan sonra dövlət quruculuğunun hüquqi və qanuni əsasları qoyulmuşdur.Azərbaycan Respublikasında demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda önəmli addımlar atılmışdır.
Ulu öndərimizin ilk prezidentlik dövründə ölüm cəzası ləğv edilmiş,vətəndaşa söz,fikir və mətbuat azadlığı verilmişdir..Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə prezidentliyi dövrü (1998-2003-cü illər) ölkəmizdə azad siyasi fəaliyyətə,prülarizmə şərait yaranmışdır.Azərbaycan Respublikasında siyasi sabitliyin bərpa edilməsi,dövlətçiliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində öndərimiz Heydər Əliyevin əvəzolunmaz xidmətləri olmuşdur.Həmçinin ulu öndər Heydər Əliyev Respublika iqtisadiyyatını düşdüyü dərin böhrandan çıxarılması,islahatlar aparılması,bazar iqtisadiyyatına keçilməsi və onun sürətlə inkişaf etdirilməsi,dünya iqtisadiyyatına bağlanılmasında böyük işlər görmüşdür.
Müstəqilliyimizin ilk günlərindən ulu öndər Heydər Əliyev neft hasilatına xüsusi önəm vermişdir.Belə ki,dünyanın bir sıra ölkələri ilə 1994 –cü il 20 sentyabrda “Əsrin müqaviləsi” imzalanmışdır.Bu hadisə ilə Azərbaycanda neft strategiyasının əsası qoyulmuşdur.Ümumilli liderimiz H.Əliyev Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını,həmçinin ölkəmizin 1 milyon məcburi köçkünün öz dədə-baba torpaqlarından didərgin düşməsini dəfələlə beynəlxalq tribunallardan səsləndirmişdir.Ulu öndərimiz Heydər Əliyev hər zaman öz siyasi mövqeyində çalışmışdırki,Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etsin.Lakin dünya ölkələrinin ikili mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına əngəllər törətmişdir.Ümumilli liderimiz ordu quruculuğunu da daima diqqət mərkəzində saxlamışdır.
Ulu Öndər Heydər Əliyevin ölümündən sonra onun siyasi varisi,cənab preziden İlham Əliyevin hakimiyyətə gəlməsi və ata vəsiyyətini yerinə yetirərək xalqımızın sağalmaz yarası olan Qarabağı düşmən tapdağından xilas etməsi və Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması Heydər Əliyevin təməlini qoyduğu siyasətin bu günki nəticəsidir.
Könül Qənbərova - Mololon kənd ümumi orta məktəbinin müəllimi