ABŞ Prezidenti Co Bayden ölkənin Türkiyədəki səfiri postuna Arizona ştatının keçmiş senatoru Ceff Fleykin namizədliyini irəli sürüb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir. Fleyk ABŞ-Türkiyə münasibətlərinin strateji əhəmiyyətini qeyd edib. O bildirib ki, hazırda hər iki ölkə üçün vacib məqamdır. Fleykin ABŞ-ın Türkiyədəki səfiri postuna təsdiqlənməsi üçün ABŞ senatorlarının razılığı tələb olunacaq.