• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Əli Nağıyevdən Azərbaycana risk yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

Tarix : 5-11-2022, 09:01 Oxunub : 49 Bölmə :siyaset / manset
Əli Nağıyevdən Azərbaycana risk yaratmaq istəyənlərə XƏBƏRDARLIQ
“Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr regionda yaranmış yeni reallıqları qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetinə yazdığı məqalədə bildirib.
Xidmət rəisi qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarə və şöbələri tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür.
“Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər və rayonlarında olduğu kimi, işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur. Bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür”,-deyə Əli Nağıyev bildirib.
O daha sonra əlavə edib:
“Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaq”.

Mənbə: Oxu.Az
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu

    Mətin Eynullayev Əmlak Məsələləri Dövlət ...

    6-05-2021, 14:36

  • DTX rəisi Qarabağda Rüstəm Muradovla görüşüb - Foto

    DTX rəisi Qarabağda Rüstəm Muradovla görüşüb - ...

    9-12-2020, 12:44

  • DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ

    DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ ...

    22-11-2020, 12:53

  • Politoloq: Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaşdır

    Politoloq: Azərbaycan beynəlxalq təhlükəsizliyin ...

    11-09-2019, 08:21

  • Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

    Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO ...

    17-02-2018, 16:35



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    Bu gün Azərbaycan Gəncləri Günüdür

  • Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

    Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

  • Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

    Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

  • Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

    Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

  • Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

    Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

  • İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

    İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

  • Azərbaycanda kredit faizləri yenidən artacaq?

    Azərbaycanda kredit faizləri yenidən artacaq?

  • BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

    Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

  • YAŞADAN YAŞAYIR...

    YAŞADAN YAŞAYIR...

  • “HEYDƏR ƏLİYEV İLİ-100”

    “HEYDƏR ƏLİYEV İLİ-100”

  • Vətən üçün yaşanan ömür -Tural Hüseynov

    Vətən üçün yaşanan ömür -Tural Hüseynov

  • Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

    Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

  • Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

    Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

  • Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    © Copyright 2019, Bütün hüquqlar qorunur!