• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib

Tarix : 6-02-2019, 08:27 Oxunub : 498 Bölmə :siyaset / ust / manset
Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib





















Fransadakı səfirimiz Rəhman Mustafayev bu ölkənin paytaxtında səfirliyin Mədəniyyət Mərkəzində Azərbaycanın dostları şərəfinə Yeni il ziyafəti verib.

ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyafətdə Fransanın parlamentariləri, ictimai və mədəniyyət xadimləri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.

Səfir çıxış edərək ölkəmizin fransız dostlarını salamlayıb, onlara yeni ildə uğurlar arzulayıb. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 100 illiyinin təntənə ilə qeyd edildiyini xatırladıb, mədəniyyətimizlə bağlı layihələrin həyata keçirildiyini bildirib. İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən danışıb.

Bu il Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd ediləcəyini, bu istiqamətdə silsilə tədbirlər həyata keçiriləcəyini, mədəniyyətimizin tanıdılması istiqamətində layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb. Regionlararası əlaqələrin genişləndirilməsi, mədəniyyətimizin təbliği istiqamətlərində nəzərdə tutulan layihələrdən söz açıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Milli Assambleyanın deputatı Andre Vilye, Fransa Senatında Fransa-Azərbaycan dostluq qrupunun sədri Alən Uper, senator Jan-Mari Bokel çıxış edərək, tədbirə toplaşanların Azərbaycanın dostları olduğunu vurğulayıblar. Harada və necə olmasından asılı olmayaraq, onların ölkəmiz haqqında xoş sözlər söylədikləri, Fransada Azərbaycanın imicini, mədəniyyətini təşviq etdikləri qeyd edilib. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda qadınlara səsvermə hüququnun Fransadan çox əvvəl verildiyi diqqətə çatdırılaraq, onun Fransada təşviq edilməsi ilə bağlı görüləcək layihələrdən danışılıb. Parlamentarilər ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasını arzulayıb, bu ilin daha da uğurlu olacağına əminliklərini bildiriblər.
Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib
Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib
Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib
Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib
Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • "Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın ...

    10-10-2018, 19:30

  • Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib

    Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev ...

    27-06-2018, 18:19

  • “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCANIN DOSTLARI BEYNƏLXALQ KLUBU” İctimai Birliyi təsis edildi

    “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCANIN ...

    8-06-2018, 15:38

  • Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi nömrəsi dərc olunub

    Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan ...

    25-05-2018, 10:20

  • Məmmədyarov fransız tələbələri Azərbaycana dəvət etdi

    Məmmədyarov fransız tələbələri Azərbaycana dəvət ...

    17-01-2018, 08:55



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!