Biz Azərbaycan tərəfi ilə mütəmadi danışıqlar aparırıq və yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müştərək komissiya fəaliyyət başlayacaq.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Nazir deyib: “Məsələ ilə bağlı azərbaycanlı həmkarım ilə mütəmadi əlaqə saxlayırıq. Biz artıq bir sıra məsələlərdə, o cümlədən sərhədlə bağlı müştərək komissiyanın işinin bərpası barədə razılıq əldə etmişik”.
D.Zalkaliani son günlər “Keşikçidağ” məbədi (David Qareci) ətrafında gedən proseslərə də münasibət bildirib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və “Keşikçidağ” məbəd kompleksi ilə bağlı məsələ çox həssas olduğu üçün biz bu cür problemlərə həssaslıqla yanaşırıq”.