• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçildi

Tarix : 21-12-2019, 07:50 Oxunub : 338 Bölmə :siyaset / ust / manset
Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçildi




















Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmə qarşısına çıxarılıb.
ulusestv.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanı
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Prezident daha bir icra başçısını işdən çıxardı - Yeni təyinat

    Prezident daha bir icra başçısını işdən çıxardı - ...

    1-11-2019, 07:53

  • Məhkəmə vitse-admiral Şahin Sultanovla bağlı qərar verdi

    Məhkəmə vitse-admiral Şahin Sultanovla bağlı ...

    1-07-2019, 14:33

  • Azərbaycanda keçmiş icra başçısı axtarışa verildi

    Azərbaycanda keçmiş icra başçısı axtarışa verildi ...

    30-10-2018, 08:23

  • İsmayıllının prokuroru da həbs edildi

    İsmayıllının prokuroru da həbs edildi ...

    27-07-2018, 18:21

  • Uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - Həbs

    Uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi ...

    15-06-2018, 12:48



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!