Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb. ulusestv.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, seçki məntəqələrində seçici fəallığı 32.72 % faiz olub. Bu barədə məlumatı Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib. Qurum rəsmisi səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfərinin səs verdiyini açıqlayıb.