Bu gecə parlament seçkilərinin ilkin nəticələri açıqlanacaq.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, 3200-dən (62 faiz) artıq məntəqənin nəticələri MSK-ya daxil olub.
M.Pənahov bildirib ki, 75 faiz protokol məlumatları MSK-ya daxil olandan sonra seçkilərlə bağlı ilkin nəticələr ictimailəşdiriləcək.