• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

XİN bəyanat yaydı

Tarix : 9-05-2020, 11:42 Oxunub : 136 Bölmə :siyaset / ust / manset
XİN bəyanat yaydı


















Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəyanatda deyilir:
“9 may 2020-ci il tarixində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 ili tamam olur. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən, böyük əziyyətlərə sinə gərərək adlarını tarixin ən şanlı səhifəsinə daxil edən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.
Ümumi zəfər olan bu qələbənin əldə edilməsinə Azərbaycanın xalqının önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.
Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.
Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən heykəllərin ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Təəssüflə qeyd edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin beşdə birini işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan, Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətləri törədən Ermənistanda bu kimi meyllərin müşahidə edilməsi bu ölkənin və onun rəhbərliyinin təcavüzkar xislətini aydın şəkildə nümayiş etdirir. Lakin, nasizmin şərəfsiz təcrübəsinin göstərdiyi kimi, bu meyllərin sonu özünü məhv etməkdən başqa bir şey deyildir.
Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə" qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.
Böyük Vətən müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, müharibədə misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirməyib və itirməyəcək. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət isə, əlbəttə gələcəkdə də qələbə çalacaq”.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • “Təəssüf ki, koronavirusla bağlı bu il sizinlə görüşə bilmirik”

    “Təəssüf ki, koronavirusla bağlı bu il sizinlə ...

    9-05-2020, 11:40

  • Putin Kim Çeni mükafatlandırdı

    Putin Kim Çeni mükafatlandırdı ...

    5-05-2020, 12:06

  • “BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb

    “BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi ...

    9-05-2019, 11:06

  • Bu gün 9 May - Qələbə Günüdür

    Bu gün 9 May - Qələbə Günüdür ...

    9-05-2019, 10:37

  • Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi

    Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il ...

    15-12-2017, 08:30



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Ukrayna Silahlı Qüvvələrinin ilk qrupu təlim üçün Britaniyaya gedib

    Ukrayna Silahlı Qüvvələrinin ilk qrupu təlim üçün Britaniyaya gedib

  • Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

    Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri necə dəyişib?

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

    Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

    Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

  • OPEC-in baş katibi vəfat edib

    OPEC-in baş katibi vəfat edib

  • Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

    Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

  • Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü

    Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü

  • "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İB - təşkilatçılığı ilə Gədəbəy rayonunda "Zəfər görüşü " adlı tədbir keçirilib

  • DYP binasına gəlib “Sizi qovduracağam” deyən şəxs həbs edildi

    DYP binasına gəlib “Sizi qovduracağam” deyən şəxs həbs edildi

  • “Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

    “Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

  • Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar

    Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar

  • Sevda Ələkbərzadənin doğum günündən əyləncə dolu görüntülər

    Sevda Ələkbərzadənin doğum günündən əyləncə dolu görüntülər

  • Ermənistan prezidentinə xiyarla verilən mesaj

    Ermənistan prezidentinə xiyarla verilən mesaj

  • Fond direktoru: “İqlim dəyişikliyi Xəzər suitisinin populyasına güclü təsir göstərir”

    Fond direktoru: “İqlim dəyişikliyi Xəzər suitisinin populyasına güclü təsir göstərir”

  • Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB

    Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB

    © Copyright 2019, Bütün hüquqlar qorunur!