Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 397 nəfər artıb. Bu, may ayının sonundan etibarən ən böyük gündəlik artım olub. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.
Daha əvvəlki rekord (422 ölüm halı) mayın 27-də qeydə alınmışdı.
Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 20 018 nəfər COVID-19-a yoluxub.
Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 1 milyondan çox insan koronavirusa yoluxub, 47 250 xəstə isə vəfat edib.