• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Təkcə mayda ölkədə 1501 boşanma halı rəsmiləşib”

Tarix : 3-02-2021, 18:14 Oxunub : 166 Bölmə :sosial / ust / manset
“Təkcə mayda ölkədə 1501 boşanma halı rəsmiləşib”




















Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında son dövrlərdə “ailə psixoloqu” məsələsinin gündəmə gəldiyini, narkotik və psixotrop maddə istifadəçilərinin sayının gəncləşdiyini, reproduktiv sağlamlıq məsələlərinin aktuallaşdığını, erkən nikahların qarşısının alınması vacibliyini, məşğulluğun təmin olunması zərurətini və digər aktual məsələləri diqqətə çatdırıb. Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində bir sıra təkliflər hazırlanır, həmçinin Ailə Məcəlləsinin və bir sıra qanunların yenidən ekspertizadan keçməsi istiqamətində iş aparılır.
Tədbirdə çıxış edən Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev gənc ailələrlə bağlı konkret problemlərə toxunub. Vitse-spiker COVID-19 pandemiyası ucbatından ötən il dünyada boşanmaların sayının artdığını və bu halın daha çox gənc ailələrdə baş verdiyini təəssüflə qeyd edib. Bildirib ki, 2020-ci ilin təkcə may ayında ölkəmizdə 1501 boşanma halı rəsmiləşib.
Boşanmaların artmasına təsir edən amillər sırasında bəzi gənclərin narkotikə, alkoqol və digər zərərli vərdişlərə qurşanmasını önə çəkən Adil Əliyev qeyd edib ki, bizdə “Mediasiya haqqında” qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra mübahisələrin məhkəməyə qədər həlli mümkündür. Mediasiya çərçivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən yararlanmaqla əsassız boşanmaların qarşısını almaq olar.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • “15-17 yaşlı qızlar hər il 3 000-ə yaxın uşaq dünyaya gətirir”

    “15-17 yaşlı qızlar hər il 3 000-ə yaxın uşaq ...

    30-12-2020, 12:39

  • İlk dəfə Milli Məclisin videokonfransı keçirilib

    İlk dəfə Milli Məclisin videokonfransı keçirilib ...

    29-03-2020, 14:40

  • Hicran Hüseynova vəzifədən azad edildi - Sərəncam

    Hicran Hüseynova vəzifədən azad edildi - Sərəncam ...

    10-03-2020, 08:55

  • Prezident Təşkilat Komitəsi yaratdı - Əli Həsənov sədr oldu

    Prezident Təşkilat Komitəsi yaratdı - Əli Həsənov ...

    16-11-2018, 10:45

  • Deputatlar Novruz bayramını harada keçirirlər?

    Deputatlar Novruz bayramını harada keçirirlər? ...

    20-03-2018, 20:17



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    Bu gün Azərbaycan Gəncləri Günüdür

  • Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

    Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

  • Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

    Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

  • Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

    Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

  • Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

    Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

  • İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

    İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

  • Azərbaycanda kredit faizləri yenidən artacaq?

    Azərbaycanda kredit faizləri yenidən artacaq?

  • BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

    Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

  • YAŞADAN YAŞAYIR...

    YAŞADAN YAŞAYIR...

  • “HEYDƏR ƏLİYEV İLİ-100”

    “HEYDƏR ƏLİYEV İLİ-100”

  • Vətən üçün yaşanan ömür -Tural Hüseynov

    Vətən üçün yaşanan ömür -Tural Hüseynov

  • Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

    Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

  • Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

    Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

  • Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    © Copyright 2019, Bütün hüquqlar qorunur!