Bakıda 36 yaşlı qadın parkda vəfat edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən və yeni tikilən parkda baş verib.
Paytaxt sakini, 1985-ci il təvəllüdlü Gürsel Novruz qızı Zamanova işlədiyi parkda infarkt keçirərək ölüb.
Rayon prokurorluğunda araşdırma aparılır.