Metro açıldıqdan sonrakı müddətdə ötən ilki dövrlə müqayisədə iki dəfə az sərnişin daşınıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, sərnişindaşıma bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.
İki həftə ərzində təxminən bir gündə 350-400 min sərnişin daşınıb. "8 Noyabr" stansiyasına isə orta hesabla gün ərzində 2500 civarında sərnişin daxil olub.