“Sanki “Azərsu” bizlə bəhsəbəhs edir. Mənim Zaqatalanın kəndlərindəki su problemi ilə bağlı qaldırdığım hər müraciətdən sonra vəziyyət çətinləşir”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə deyib. O qeyd edib ki, su problemi ilə bağlı 1000-ə yaxın insan müraciət edib: “Buradan bir daha “Azərsu”ya müraciət edirəm ki, təcili addımlar atsınlar. Elə olmasın ki, kəndlər Ərəbistanın çöllərinə bənzəsin”.