• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ömrünü vətənə bağışlayanlar: Üç qəhrəman şəhidimizin doğum günüdür

Tarix : 18-08-2021, 11:55 Oxunub : 216 Bölmə :sosial / ust / manset
Ömrünü vətənə bağışlayanlar: Üç qəhrəman şəhidimizin doğum günüdür
Bu gün 44 günlük Vətən müharibəsi şəhidi İsmayılov Rəhman Mehdixan oğlunun doğum günüdür.
Ulusestv.Az Oxu.Az-ya istinadən xəbər verir ki, o, 1995-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2001–2012-ci illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Rəhman İsmayılov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən Rəhman Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. O, oktyabrın 19-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. O, doğulduğu kənddə torpağa tapşırılıb.
Qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Digər Vətən müharibəsi şəhidi Məmmədov Elmar Saleh oğlu da 1999-cu ilin bu günündə Gəncə şəhərində doğulub.
O, 2017-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edən Elmar Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
9 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 21 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bundan əlavə, Azərbaycan ordusunun şəhid mayoru Zamanov Sənan Qahir oğlunun dünən doğum günü idi.
Qəhrəman şəhidimiz 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub.
Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Sənan Zamanov oktyabrın 1-də şəhadətə yüksəlib.
Qəhrəmanımız Qusar rayonunun Çiləgir kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə müvafiq Sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Bu gün XTQ-nin şəhid kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günüdür

    Bu gün XTQ-nin şəhid kapitanı Hüseynzadə Həmidağa ...

    13-08-2021, 13:00

  • Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

    Vətən müharibəsində qəhrəmanlığı ilə dastana ...

    15-07-2021, 10:56

  • Əfsanəvi kəşfiyyatçı

    Əfsanəvi kəşfiyyatçı ...

    9-06-2021, 10:57

  • Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

    Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum ...

    7-02-2021, 12:32

  • Polad Həşimovun doğum günüdür

    Polad Həşimovun doğum günüdür ...

    2-01-2021, 13:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!